Maraqlı

Köhnə “PlayStation” qurğuları üçün oyunların satışı dayandırılacaq

30 Mart 2021 19:40
Baxış: 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Köhnəlmiş "Sony" konsolları üçün onlayn oyunlar mağazasının fəaliyyəti yayda dayandırılacaq. Bu barədə "TheGamer" nəşri məlumat yayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Sony" şirkəti yayda bir sıra konsollar üçün oyunların satışını dayandıracaq. Oyunlarının satışı dayandırılacaq qurğular sırasına "PlayStation 3", "PlayStation Portable" (PSP) və "PlayStation Vita" aiddir. "PS3" və "PSP" üçün oyunları iyulun 2-dən, "Vita" üçün avqustun 27-dən etibarən əldə etmək mümkün olmayacaq. Şirkət tərəfindən bununla bağlı qərarın martın sonunadək açıqlanacağı gözlənilir.

Blogerlərin sözlərinə görə, şirkət qeyd olunan konsollar üçün oyunlar və digər proqram təminatı buraxmaq niyyətində deyil. Jurnalistlər oyun həvəskarlarına mağaza bağlananadək lazımi oyunları almağı və ya yükləməyi tövsiyə ediblər - yaydan sonra onlardan yalnız qurğuların yaddaşından istifadə etmək mümkün olacaq. Bundan başqa, konsol istifadəçiləri fiziki daşıyıcılarda oyunlar almaq imkanına malik olacaqlar. Müəlliflərin sözlərinə görə, mağazaların fəaliyyəti dayandırıldıqdan sonra fiziki daşıyıcılardakı oyunların qiyməti bahalaşacaq.

Qabaqcıl "PlayStation 3" konsolu 2006-cı ildə buraxılıb. Qurğunun dəstəklənməsi 2015-ci ilin sentyabrında, istehsalı 2017-ci il mayın 29-da dayandırılıb. Şirkətin aktual "PS5" qurğusu 2020-ci ilin sentyabrında satışa çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.