Maraqlı

Avropada kvant hesablamalarının kommersiyalaşdırılması üçün konsorsium yaradılıb

18 Fevral 2021 22:55
Baxış: 685
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"IQM" şirkəti Avropa kvant layihələri konsorsiumu yaradıb. Almaniya Federal Təhsil və Tədqiqatlar Nazirliyinin (BMBF) 12,4 milyon avro məbləğində qrant ayırdığı konsorsiuma bir sıra aparıcı Avropa startapları (ParityQC, IQM), sahə üzrə liderlər (Infineon Technologies), tədqiqat mərkəzləri (Forschungszentrum Jülich), superkompüter mərkəzləri (Leibniz Supercomputing Center) və akademik dairələr (Freie Universität Berlin) daxildir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, layihənin vəzifəsi birgə layihələndirmə sayəsində kommersiyalaşdırmanı sürətləndirməkdir. Əsas diqqət potensial baxımdan tez üstünlük əldə edən konkret proqramlar üçün kvant prosessorlarına yetiriləcək. Prosessorların idarə olunması üçün istifadə edilən rəqəmli və analoq konsepsiya gələcəkdə kommersiya baxımından həyat qabiliyyəti olan kvant kompüterləri üçün təməl olacaq. Dördillik müddətə nəzərdə tutulan layihə 54 kubitlik kvant prosessorun hazırlanmasına yönəldilib.

Konsorsiumun məqsədi 2018-ci ildə təqdim edilən və 100 kubit tutumlu kvant məlumat emalı sisteminin layihələndirilməsi, yaradılması və istismarına yönələn qabaqcıl "FET EU OpenSuperQ" Avropa layihəsinin dəstəklənməsidir. Rəqəmli və analoq kvant hesablamaların "OpenSuperQ" layihəsini təkmilləşdirəcəyi və onun miqyasını genişləndirəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.