Maraqlı

Koronavirusu gizli keçirdiyinizə işarə edən 3 SİMPTOM

6 Fevral 2021 23:25
Baxış: 2 129
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir çox insanlar koronavirusu simptomsuz, gizli keçirir və bu haqda onların xəbərləri belə olmur.

Şimali Karolina Universitetinin (ABŞ) alimləri insanların koronaviru gizli keçirdiyinə işarə edən 3 simptom aşkar ediblər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, belə simptomlardan biri insanda qəfil əmələ gələn nəfəsalma problemləridir. Koronavirusu keçirmiş insan pilləkanla qalxanda birdən-birə səbəbsiz təngənəfəs olur, hava çatışmazlığı, boğulma hiss edir.

Digər simptom oynaq ağrılarıdır. Koronavirus tək ağciyərdə deyil oynaqlar, birləşmə toxumada da iltihab yaradır.

3-cü simptom əzələ ağrılarıdır. Kovid infeksiyası bir çox hallarda əzələləri də zədələyir. Əgəz əzələləriniz səbəbsiz ağrımağa başlayıbsa bu siniz koronavirusu gizli keçirdiyinizə işarə edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.