Maraqlı

Texnologiya müharibəsində yeni cəbhə: Mark Zukerbergdən Apple-a sərt ittihamlar

2 Fevral 2021 20:50
Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Feysbukun rəhbəri Mark Zuckerberg dördüncü rübün hesabatlarına dair görüşdə Apple-ı qəzəbləndirən açıqlamalarla yadda qalıb. Zuckerberg Apple-ı istifadəçilərə gizlilik və təhlükəsizlik mövzusunda yalan vədlər verməkdə ittiham edib.

Milli.Az ted.az-a istinadən bildirir ki,  mütəxəssislər bunu ABŞ-ın iki böyük şirkəti Feysbuk və Apple arasındakı soyuq müharibədə yeni bir cəbhə kimi qiymətləndiriblər.

Zuckerberg Feysbukun daxilindəki mesajlaşma platformalarının təklif etdiyi gizlilik xüsusiyyətlərini tərifləyib və sözünü iPhone-dakı mesajlaşma tətbiqi  iMessage-ə gətirib. Bildirib ki, WhatsApp-dan daha az məxfiliyə sahib olan iMessage-i marketinq edənlər Apple-ın istehlakçılara yalan məxfilik vədləri verdiyindən xəbərdardırlar.

Feysbuk rəhbəri vurğulayıb ki, iMloudage iCloud-u söndürmədiyiniz təqdirdə ismarıclar başdan ayağa şifrələnmiş ehtiyatlarını saxlamağa davam edir. Zuckerberg öz şifrələməsinin Apple-ın mesajlaşma xidmətindən açıq şəkildə üstün olduğunu bildirib.

O, həmçinin texnologiya nəhəngini rəqabət qaydalarını pozmaqda günahlandırıb. Apple-ın Feysbuk, eləcə də digər  tətbiq və xidmətlərdə getdikcə daha çox pay aldığını, tətbiqlərin işinə müdaxilə etdiyini açıqlayıb. Bildirilib ki, Apple, istifadəçilərdən yalnız öz tətbiqlərinə üstünlük vermələrini istəyir. Bu isə dünyadakı milyonlarla müəssisənin böyüməsinə təsir göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.