Maraqlı

“YouTube” normativ-hüquqi baza üzərində işləməyə davam edəcək

30 Yanvar 2021 19:15
Baxış: 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"YouTube" 2021-ci ildə normativ-hüquqi qaydalara riayət edilməsi ilə  bağlı problemlərin həlli üçün müxtəlif ölkələrin hökumətləri ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır. Bu haqda xidmətin baş direktoru Syuzen Voyjitski deyib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "ötən il YouTube müxtəlif ölkələrin hökumətləri ilə kritik əhəmiyyətli məsələlər üzrə əməkdaşlıq edib. Belə əməkdaşlıq çox vacib idi, çünki biz birgə pandemiya zamanı insanlara düzgün informasiyanı tapmaqda kömək edirdik" - məlumatda deyilir. 2021-ci ildə şirkət bu istiqamətdə işləməyə davam edəcək.

Həmçinin 2021-ci ildə "YouTube" videohostinq xidməti "YouTube Shorts" xidmətinin köməyi ilə mobil qurğularda alış-verişin edilməsi və məzmunun yaradılması alətlərinin inteqrasiyasını planlaşdırır. Platforma televizorları, oyun konsollarını dəstəkləyəcək və səsli idarəetməni yaxşılaşdıracaq.

2020-ci ilin birinci rübündə dünyada "YouTube" üzərindən video çarxlara ümumi baxış müddəti 25%, gündəlik canlı yayımların sayı isə 45% artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.