Maraqlı

İnfarktın qeyri-adi SİMPTOMLARI

23 Yanvar 2021 21:25
Baxış: 864

İnfarktın əsas və xarakterik simptomlarından biri sinədə ürək nahiyəsində güclü kəskin ağrıdır. Ağrı nitroqliserinin qəbulundan sonra keçmir, getdikcə artır.

Lakin nəzərə almaq lazımdır ki, bəzi hallarda infarkt özünü qeyri-adi simptomlarla büruzə verir. İnsan bu simptomları düzgün qiymətləndirməyə bilər ki, nəticədə bu çox ağır fəsadlara və hətta insanın ölümünə gətirib çıxarda bilər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, tanınmış rusiyalı həkim Aleksand Myasnikovun sözlərinə görə, qadınlar və diabet xəstələrində infarkt zamanı sinədə xarakterik ağrı olmaya bilər. Həkim infarktın qeyri-adi simptomlarını sadalayıb:

- Soyuq tər

- Zəiflik

- Nəfəsalma problemləri

- Təngənəfəslik

- Öskürək.

Həmçinin həkim əlavə edib ki, infarkt həzm pozulmaları simptomları (mədədə yanma hissi, mədə qıcqırması) ilə müşayiət oluna bilər.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.