Maraqlı

Bronxların xəstəlikləri zamanı xəstəxanaya qəbul olmağa göstəriş

21 Yanvar 2021 08:01
Baxış: 1 073
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bronxların xəstəlikləri zamanı təngnəfəsliyin,öskürəyin,bəlğəmin ifrazının artması xəstəliyin get-gedə ağırlaşmasının əlamətlərindən hesab olunur.Aşağıdakı əlamətlərin hər hansı birinin olması və ya güclənməsi bronxlarında xəstəlik olan adamın xəstəxanaya yerləşməsinin vacibliyini bildirir.
- Ambulator şəraitdə müalicənin effektsizliyi
- Xəstəliyin əlamətlərinin artması və evdə yataq şəraitdə ola bilməməsi.
- Təngnəsəflik səbəbli yemək qəbulunun və yuxunun mümkünsüzlüyü.
- Təhlükəli hipoksiya.
- Hipertoniyanın əmələ gəlməsi və ya artması.
- Təcili yardım gətirilməsinin mümkünsüzlüyü.
- Yanaşı gedən ağ ciyər xəstəlikləri və ya kənar xəstəliklərin olması.
- Psixi pozğunluqlar.
Xəstəxanaya yatmağa təcili göstəriş xəstələrdə ağ ciyər ödeminin əmələ gəlməsi və ya kəskinləşməsi də səbəb olur.
Belə xəstələrdə ağır təngnəfəslik,huşun dolaşıq olması,diafraqmadakı paradoksal pozğunluqlar,artan hipoksiya xəstələrin intensiv terapiya şöbəsində yatmağının vacib olduğunu bildirir.
Belə xəstələr sağalıb xəstəxanadan çıxdıqda onlara mütləq maarifləndirmə proqramı tətbiq etmək lazımdır.Belə ki,belə xəstələrə tapşırılmalıdır ki, onlar həkim-xəstə münasibətlərinə son qoymasınlar.Onlara başa salmaq lazımdır ki,bəlğəmi bronxlarda saxlamaq olmaz. Bəlğəm mütləq vibrasion massajın,qələvi və ya bəlğəmgətiricilərin köməyi ilə xaric edilməlidir.Bronxlarda qalan bəlğəmi ev şəraitində inhalyasiya vasitəsi ilə boşaltmaq mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.