Maraqlı

"Uçan silah anbarı" ordu arsenalına qəbul edilir - TÜRKİYƏDƏ

12 Yanvar 2021 21:15
Baxış: 856

Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal olunan Aksunqur pilotsuz uçuş aparatı (PUA) yaxın günlərdə silahlı qüvvələrin arsenalına daxil ediləcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə hərbi ekspert Hakan Kılıç bildirib.

Hərbi ekspert deyib ki, PUA-nın potensialını nəzərə aldıqda əminliklə demək olar ki, aparat hərbi havva qüvvələrinin arsenalına daxil ediləcək.

H.Kılıçın sözlərinə görə, Aksunqur tam təchizatlı vəziyyətdə 28, silahlar olmadan isə 55 saat havada qala bilir.

Bundan başqa, ekspert nəzərə çatdırıb ki, PUA TEBER lazer tuşlama sisteminə malik MK-81/82 bombaları ilə təchiz olunub.

Qeyd edək ki, Aksunqur "Uçan silah anbarı" da adlandırılır.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.