Maraqlı

Samsung Galaxy S21 smartfonlarının qiymətləri sızdırılıb

9 Yanvar 2021 07:31
Baxış: 989
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Galaxy S21 flaqman smartfon seriyasının təqdimatına az qalmış internetdə bu seriyaya daxil olacaq modellərin satış qiymətləri ortaya çıxıb. Galaxy S21 modellərinin qiymətləri Belçikanın mobil operatorunun saytında təqdim lunub. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə Belçikanın Voo adlı mobil operatorunun saytında sözügedən smartfonların həm müqavilə əsasında həm də müqaviləsiz satış qiymətləri təqdim olunub.

Fotolardan da görmək olar ki, müqaviləsiz şəkildə Galaxy S21 modeli 849 avroya, Galaxy S21+ modeli 1049 avroya, Galaxy S21 Ultra modeli isə 1399 avroya satılacaq. Qeyd etmək lazımdır ki, qeyd edilmiş qiymət göstəriciləri smartfonların 128 GB-lıq daxili yaddaş həcmli versiyalarına aiddir. Bundan əlavə olaraq bir maraqlı fakt ondan ibarətdir ki, Galaxy S21 ilə Galaxy S21+ modellərinin qiymətləri Galaxy S20 ilə Galaxy S20+ modellərinin ilkin satış qymətlərindən bir qədər aşağıdır. Samsung Galaxy S21 smartfon seriyası 14 yanvar tarixində təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.