Maraqlı

Xəstəlikdən sonra iybilməni necə bərpa etmək olar?

9 Yanvar 2021 21:10
Baxış: 1 524
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa yoluxub sağalanlarda bir sıra əlamətlər uzun müddət davam edir. Onlardan biri də dad və qoxu hissinin itməsi, xəstələrin real iyləri deyil, pis qoxu hiss etmələridir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, virusdan sağalanların bir çoxu əslində normal olan iyləri, məsələn, balıq qoxusunun iyrənc olduğunu deyirlər. Həm də şirin qoxulardan bəhs edirlər. Professor Nirmal Kumara hesab edir ki, bu, əsasən SARS-CoV-2-nin neyrotrop bir virus olması ilə izah edilə bilər. Virus damaqdakı sinirlərə təsir edir, bu isə sinir sistemi üçün bir şokdur.

Mütəxəssislər qoxu pozğunluğu olan insanlara bu halı aradan qaldırmaq üçün gündəlik məşq etmələrini tövsiyə edirlər. Məsələn, məşqlər qızılgül, mixək, limon kimi təbii iyləri və ya kofeni 20 saniyə ərzində qoxulamaqdan ibarət ola bilər. Bu, funksiyanın bərpasını sürətləndirəcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.