Maraqlı

Dünyanın ən yaşlı qadını doğum gününü qeyd edib

3 Yanvar 2021 01:30
Baxış: 1 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 2-də dünyanın ən yaşlı qadını Kane Tanaka anadan olmasının 118-ci ildönümünü qeyd edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, K.Tanaka pandemiya dövründə yaxın qohumları ilə demək olar görüşməyib. Doğum günü münasibətilə onu qocalar evinin əməkdaşları və sakinləri təbrik ediblər. Onlar K.Tanaka üçün xüsusi mahnı oxuyublar.

Qeyd edilir ki, dünyanın ən yaşlı qadını 2021-ci ilin mayında Tokio Olimpiadasının məşəl estafetində iştirak etməyə hazırlaşır. Belə ki, mayın 11-də onun əlil arabasında Olimpiya məşəli ilə 200 metr məsafəni qət edəcəyi planlaşdırılır.

Xatırladaq ki, K.Tanaka 1903-cü il yanvarın 2-də dünyaya gəlib. 2018-ci ildən isə dünyanın ən yaşlı qadın sakini adını daşıyır.

Ginnesin Rekordlar Kitabına əsasən, dünyanın ən uzunömürlü sakini Fransa vətəndaşı olmuş Janna Kalmana məxsusdur. 1997-ci ildə vəfat edərkən onun yaşı 122 il 164 gün təşkil edib.

2020-ci ilin sentyabrına olan məlumata görə, Yaponiyada 100 yaşdan yuxarı 80 min nəfər yaşayır. Onların 88 faizi və ya 70 min 975 nəfəri qadınlardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.