Maraqlı

Ən yaxşı kameraya malik smartfon bəlli olub

24 Dekabr 2020 22:55
Baxış: 1 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Huawei Mate 40 Pro+" smartfonu 2020-ci ilin ən yaxşı kamerofonu adına layiq görülüb.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, bu barədə kameranın imkanlarını 139 balla qiymətləndirmiş nüfuzlu "DxOMark" laboratoriyasının mütəxəssisləri elan ediblər. Mütəxəssislər çəkiliş şəraitindən asılı olmayaraq geniş dinamik diapazonun mövcudluğunu qeyd ediblər, sensorun əks etdirdiyi rəngləri və ağ balansını tərifləyiblər. Bundan başqa, kameranın üstünlükləri arasında əla detallaşdırma, kəskin avtofokus və çox genişbucaqlı kamera ilə çəkiliş vaxtı küyün aşağı səviyyəsi vurğulanıb.
 
Mütəxəssislər kəskinliyin dərinliyinin az olmasını və ön planda fokuslama zamanı vaxtaşırı yaranan nasazlıqları əsas çatışmazlıqlar adlandırıblar. Əsas kameranın təsvir ölçüsü 50 meqapiksel təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.