Maraqlı

Zəif smartfonlar üçün “yüngül” “Instagram” təqdim edilib

19 Dekabr 2020 21:50
Baxış: 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Facebook" zəif smartfonlar üçün "yüngül" "Instagram"ın yenilənmiş versiyasını təqdim edib. "Instagram Lite" adlandırılan yeni versiyanın tutumu 2 MB-dan azdır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bu il "Facebook" şirkəti "Instagram Lite" mobil tətbiqinin əvvəlki versiyasının fəaliyyətini dayandırıb. İndi şirkət yeni versiyanı təqdim edib. Bəzi funksiyalar (məsələn, "Reels", şopinq və "IGTV" üçün seçimlər) yenilənmiş versiyada optimallaşdırma məqsədilə yoxdur. Mobil tətbiq çox sürətli işləyir.

"Instagram Lite" hələ ki yalnız Hindistanda əlçatandır. Mobil tətbiq artıq təxminən 5 milyon dəfə quraşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.