Hyundai Ioniq 5 modeli barədə məlumatla bölüşüb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hyundai şirkəti yeni Ioniq 5 elektrokarına həsr olunmuş qeyri-adi videotizeri yayıb. Avtomobilin özü videoda nümayiş olunmayıb, lakin "yeni modelin üç əlavə xüsusiyyəti" sadalanıb və onun debüt tarixi açıqlanıb - 2021-ci ilin əvvəli.
Ioniq 5 modeli Hyundai şirkətinin E-GMP (Electric-Global Modular Platform) arxitekturası üzərində qurulmuş ilk elektrokarıdır. Yeni avtomobil ölçülərinə görə hazırki Santa Fe modelini üstələyəcək bir krossoverdir. İlkin məlumatlara görə, "Beşin" uzunluğu 4635 millimetrə, eni - 1890 millimetrə, hündürlüyü - 1605 millimetrə, təkər bazası isə 3000 millimetrə çatır. Sonuncu göstəriciyə görə, yeni elektrokar hətta Palisade modelini də üstələyir. Yeni krossoverin dizaynı Hyundai 45 konsept avtomobilinin üslubunda olacaqdır.
Milli.Az autograph.az-a istinadən bildirir ki, yeni videoçarxda Hyundai şirkəti modelin üç "əlavə" imkanından bəhs edir və onların hər biri üçün ad da seçib. Birinci xüsusiyyət "Həyat üçün əlavə güc" ("Extra Power for Life") adlanır və Ioniq 5 modelinin iki yönlü enerji çevirmə funksiyasına V2L (Vehicle to Load) sahib olduğunu xatırladır.
İkinci, "Sizin üçün əlavə vaxt" ("Extra Time for You") ekspress yükləmənin dəstəklənməsinə işarə edir. Üçüncü xüsusiyyət "Unikal hissiyatlar" ("Extraordinary Experiences") adlanır və "yaxın gələcəkdə təqdim ediləcək" elektromobilin hansısa yeni funksiyalara malik olacağını bildirir.
Hələlik, Ioniq 5 modelinin iki modifikasiyası barədə məlumat mövcuddur: 58 və 73 kilovat-saat tutumu olan batareya ilə təchiz edilən modifikasiyaların yürüş ehtiyatı, müvafiq olaraq, 354 və 450 kilometr olacaqdır.
Ekspress yükləmə sayəsində enerji ehtiyatını 80 faizini 18 dəqiqədə ərzində bərpa etmək mümükün olacaqdır. Beş dəqiqəlik enerji yüklənməsi 100 kilometrə qədər yürüş ehtiyatını təmin edəcəkdir.
Yuxarıda qeyd olunmuş V2L texnologiyasına gəldikdə isə, bu sistem əlavə avadanlığa ehtiyac olmadan xarici cihazları (3,5 kilovatta qədər) qidalandırmağa imkan verir. Məsələn, elektromobilə qoşulmuş 55-düymlük televizor və ya kondisioner 24 saat işləyəcəkdir.
Bundan əvvəl, Hyundai Ioniq 5 modelinin 2021-ci ilin əvvəlində Avropada, doğma Cənubi Koreyada isə yazda satışa çıxarılacağı bildirilmişdi. Gələn ilin yayında isə, elektromobilin ABŞ-dakı satışlarına başlanmalıdır. Yaxın gələcəkdə Ioniq ailəsi iki yeni modellə tamamlanacaqdır: kupeşəkilli Ioniq 6 sedanı və tam ölçülü Ioniq 7 krossoveri.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
XƏBƏR LENTİ
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)





