Maraqlı

Qırıq vaza 200 min funt sterlinqə satıldı - FOTO

10 Dekabr 2020 08:38
Baxış: 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təsadüfən sınan və sonra yapışdırılan antik Çin vazası İngiltərənin Derbişir şəhərində auksionda 200.000 funt sterlinqə (453 853 AZN) satılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sahibləri vazanın 1950-ci ildə bir ov yığıncağı zamanı qırıldığını bildirib. Onlar qırıntıları bir-birinə yapışdırmağa çalışıblar, lakin çox sayda çatlar və yapışqan izlərini gizlədə bilməyiblər.

Vaza 1736-1796-cı illər arasında hökm sürən Çin sülaləsinin Çyanlun imperatoru dövründə hazırlanıb.

Qiymətləndirici vazanın zədələnməsi səbəbi ilə 10 min funt sterlinqdən (22,6 min manatdan çox) baha olmayacağını düşünürdü.

Lakin proqnozların əksinə olaraq, hərrac zamanı onun lot qiyməti 200 min funt sterlinqə çatıb. Vazanı internet vasitəsilə hərraca qatılan bir çinli alıb.

Çatlar olmasaydı, vazanın 600-700 min funt sterlinqə (1.3-1.5 milyon AZN-dən çox) satıla biləcəyi vurğulanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.