Maraqlı

Çin və Nepal Comolunqma zirvəsinin hündürlüyünü açıqlayıblar: 8848 metr 86 santimetr - VİDEO

9 Dekabr 2020 20:25
Baxış: 841
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin və Nepal dünyanın ən uca nöqtəsi olan Comolunqmamın (Everest) hündürlüyünün son ölçmələrə əsasən 8848 metr 86 santimetr olduğunu açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, zirvənin hündürlüyünün yenidən ölçülməsi ilə bağlı Çin və Nepal arasında ötən il əldə olunmuş razılığa əsasən cari ilin yazında Çin mütəxəssisləri Comolunqmaya missiya həyata keçiriblər. Çin tərəfi Comolunqma zirvəsinin hündürlüyünün yenidən ölçülməsi missiyasına aprelin 30-da start verib. Zirvənin ölçülməsi Çinin Təbii Ehtiyatlar Nazirliyinin, İdman Baş İdarəsinin və Tibet muxtar rayonu hökumətinin Comolunqma dağı ilə bağlı həyata keçirdiyi irimiqyaslı kompleks elmi tədqiqat layihəsinin bir hissə olub. Çin ilə Nepalın sərhədində yerləşən dağın ölçməsini həyata keçirən missiyanın üzvləri yüksək ərazidə və soyuq iqlim şəraitində tədqiqat aparmaq üçün təlimlərdə iştirak ediblər. Missiya Comolunqmanın hündürlüyünü ölçmək üçün qravimetrdən, qar dərinliyini müəyyən edən radardan və meteoroloji ölçü cihazından, habelə qlobal naviqasiya peyk sisteminin və 5G mobil rabitə şəbəkəsinin imkanlarından da istifadə edir. Çin missiyasının üzvləri mayın 27-də səhər saatlarında dağın zirvəsinə çatıblar.

Nepalın ölçmə missiyasının üzvləri isə ötən ilin mayında zirvəyə çıxmışdılar.

Qeyd edək ki, Çin indiyədək Comolunqma zirvəsinin hündürlüyünü 6 dəfə ölçüb. İlk dəfə 1975-ci ildə həyata keçirilmiş ölçmə zamanı zirvənin hündürlüyü 8848 metr 13 santimetr, 2005-ci ildəki ölçmə zamanı isə 8844 metr 43 santimetr müəyyən edilmişdi. Everestin yenidən ölçülməsi zərurəti bəzi alimlərin 2015-ci ildə Nepalda baş verən güclü zəlzələ nəticəsində zirvənin hündürlüyünün azalması ehtimallarına görə yaranıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.