Maraqlı

Yarımkeçiricilər bazarında 11 faiz rüblük artım qeydə alınıb

17 Noyabr 2020 08:15
Baxış: 807
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2020-ci ilin üçüncü rübünün yekunları üzrə dünyada yarımkeçiricilərin satışı əvvəlki rüblə müqayisədə 11 faiz, illik hesablamada 5,8 faiz artaraq 113,6 milyard dollara çatıb. Bu barədə ABŞ prosessor istehsalçılarının 95 faizini və bu məhsulda ixtisaslaşan xarici şirkətlərin 3/2 hissəsini birləşdirən Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (Semiconductor Industry Association, SIA) hesabatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yarımkeçiricilərdən əldə olunan mədaxilin 37,9 milyard dollara çatdığı sentyabrda mütəxəssislər tərəfindən avqusta nisbətən 4,5 faiz, illik satış həcmində isə 6 faiz artım qeydə alınıb.

Rəqəmləri şərh edən assosiasiyanın prezidenti və baş direktoru Con Noyffer bildirib ki, dünya yarımkeçiricilər sahəsi 2020-ci ilin üçüncü rübündə stabil satış göstəriciləri nümayiş etdirib ki, bu da adi mövsümi tendensiyaları və bu məhsula yüksək tələbatı əks etdirir. "Lakin pandemiya və bazarda digər makroiqtisadi faktorlar səbəbindən qeyri-müəyyənlik davam edir", - o qeyd edib.

Mütəxəssis Şimali və Cənubi Amerikada nəzərəçarpacaq sentyabr göstəricilərinə də diqqət yetirib. Orada çiplərin satış həcmində illik hesablamada 20 faizdən çox artım qeydə alınıb. Bundan başqa, sentyabrda bütün əsas regional bazarlarda aylıq artım müşahidə edilib. Mədaxildə ən böyük artımı (7,9 faiz) Çin, ən azını (1,5 faiz) isə Yaponiya nümayiş etdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.