Maraqlı

Süni intellekt koronavirusu öskürək səsindən müəyyənləşdirəcək

5 Noyabr 2020 22:30
Baxış: 1 028
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Massachusetts Texnologiya Universitetinin mütəxəssisləri öskürək səsindən koronavirusa yoluxma halını müəyyənləşdirən süni intellekt texnologiyası hazırlayıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, araşdırma nəticəsində asimptomatik şəxslərin öskürək səsinin sağlam insanlarla müqayisədə fərqli olduğu aşkarlanıb. İnsan qulağı tərəfindən ayırd edilə bilməyən bu fərqi isə yalnız süni intellekt aşkarlayır. Sözügedən süni intellekt texnologiyasının doğruluq faizi  98,5 olub.

Texnologiyanın yararlı olduğu rəsmi təsdiqlənsə, o hər yerdə tətbiq ediləcək. Hər kəs telefona öskürməklə koronavirus infeksiyasına yoluxub-yoluxmadığını öyrənəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.