Maraqlı

Koronavirusun daha bir əlaməti tapılıb

24 Oktyabr 2020 19:10
Baxış: 1 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus infeksiyasının daha bir əlaməti aşkarlanıb. Bu, eşitmədə dəyişikliklərin baş verməsidir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, London Universiteti Kolleci və Milli Kral Komitəsinin mütəxəssisləri bununla bağlı açıqlama veriblər. Bildirilib ki, eşitmədə zəifləmənin yaranması koronavirus infeksiyasına yoluxmanın siqnalı ola bilər. Alimlərin apardığı araşdırmaya görə, koronavirus diaqnozu qoyulmuş bir sıra xəstələr eşitmələrinin zəifləməsindən şikayətləniblər. Ağır koronavirus xəstələrində isə hətta tamamilə eşitmənin itməsi aşkarlanıb. Alimlər, məhz bu səbəbdən həkimlərin COVİD-19 xəstələrində eşitmə dəyişikliklərinə diqqət etmələrini tövsiyə ediblər.

Bildirilib ki, koronavirus diaqnozu qoyulanlara eşitmə ilə bağlı profilaktik tədbirlər də görülməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.