Maraqlı

Koronavirusun süni tənəffüs cihazı olmadan müalicəsi tapıldı

20 Sentyabr 2020 22:10
Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada helium-oksigen qarışıqlı inhalyasiyalardan sonra 50 koronavirus pasiyentindən yalnız birinə süni tənəffüs cihazı qoşmaq lazım gəlib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu barədə Rusiya İmmunoloqlar Elmi Cəmiyyətinin prezidenti, Rusiya Elmlər Akademiyası Ural Filialının İmmunologiya və Fiziologiya İnstitutunun elmi direktoru Valeri Çereşnev jurnalistlərə açıqlamasında bildirib.

"Sistem Komi Respublika Xəstəxanası əsasında bəyənilib. Bizdə 50 xəstə var idi. Onların hamısı sağ qaldı, bunlar ağır xəstələr idilər. Xəstələrdən yalnız biri süni tənəffüs cihazına qoşuldu. Sıktıvkarda respublika xəstəxanasında təcrübə müsbət nəticə verdi, indi istehsal gedir", - Çereşnev deyib.

O qeyd edib ki, süni tənəffüs cihazı orqanizmə kifayət qədər ağır yüklənmədir. COVID-19 zamanı inkişaf edən pnevmoniya fonunda tənəffüs kəskin azaldıqda, 90-95 dərəcəyə qədər qızdırılan helium-oksigen qarışığı süni tənəffüs cihazını əhəmiyyətli dərəcədə üstələyir.

Valeri Çereşnevin sözlərinə görə, mikrobioloqlar əvvəlcə bu cür inhalyasiyalarda istifadə olunan cihazları təkmilləşdirməyə qərar veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.