Maraqlı

Koronavirus peyvəndi neçəyə olacaq?

8 Sentyabr 2020 21:50
Baxış: 1 097
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın əczaçılıq korporasiyası "Sanofi" və Britaniyanın GSK şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndinin qiyməti 10 avrodan az olacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə "Sanofi"inin rəhbəri Olivye Bojiyo bildirib.

Onun sözlərinə görə, hazırda korporasiyalar bütün istehsal xərclərini araşdırırlar.

Olivye Bojiyo əlavə edib ki, fransızlar vaksini amerikalılar və Avropanın başqa ölkələrinin sakinləri ilə eyni vaxtda alacaqlar: "Biz yayda amerikalılarla müqavilə imzaladıq, həmin vaxt bu sənəd avropalılar, o cümlədən britaniyalılarla da imzalanıb".

Vaksinin 100 milyon dozası ABŞ-a, 300 milyonu isə Avropaya göndəriləcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp amerikalılara noyabrın 1-dək yerli vaksininin yaradılacağını söz verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.