Maraqlı

Bu saatlarda yatmaq ölüm riskini artırır

27 Avqust 2020 21:25
Baxış: 2 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gündüz 1 saatdan çox yuxu ölümcül təhlükəli ola bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu qənaətə Çinin Quançjou şəhərinin Tibb Universitetinin tədqiqatçıları gəlib.

Belə ki, alimlər 20 elmi işdən ümumi nəticə çıxarıb və 39 %-i gündüz yatan 313 651 nəfərin məlumatını təhlil ediblər.

Analiz nəticələrinə görə, gündüz müntəzəm olaraq 1 saatdan çox yatan insanlarda ürək damar xəstəliyi riski 34 %, başqa bütün səbəblərdən doğan ölüm riski isə 30 % artıb. Uzunmüddətli gündüz yuxusu ümumilikdə sutkada 6 saatdan çox yatanlar üçün təhlükəli olub.

Araşdırmaçılar iddia edirlər ki, müddətindən asılı olmayaraq gündüz yuxusu ümumiyyətlə ölüm riskini 19 % artırır. Eyni zamanda qadınlarda və yaşlı insanlarda yuxu və ölüm riski arasındakı əlaqə daha aydın olub: müvafiq olaraq 22 % və 17 % təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.