Maraqlı

Zoom-un işində problem yaranıb

27 Avqust 2020 22:40
Baxış: 852
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zoom istifadəçiləri tətbiqdə baş verən problemlərdən şikayət ediblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə "Downdetector" resursu məlumat yayıb.

Məlumata görə, xidmətə daxil olmaq, videokonfranslara qoşulmaq mümkün deyil.

Tətbiqin işindəki fasilələr dünəndən başlayıb. Şikayətlərin çoxu ABŞ və Böyük Britaniyadan olan istifadəçilər tərəfindən qeydə alınıb.

Qeyd edək ki, Zoom tətbiqi pandemiyadan sonra populyarlaşıb. Yanvar-mart aylarında xidmətin ümumi auditoriyası 10 milyondan 200 milyona qalxıb, mənfəəti isə 135 dəfə artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.