Maraqlı

Instagram'da reklam vermək Facebook reklam hesabına qoşmadan mümkün oldu

27 Avqust 2020 08:46
Baxış: 813
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Artıq siz Facebookda olmasanız belə Instagramda reklam yerləşdirə bilərsiniz! Əgər siz Instagram biznes hesabınızdan ilk dəfə reklam verirsinizsə, bu zaman Facebook hesabınıza və ya səhifənizə qoşulmağa ehtiyac yoxdur.  

Hal-hazırda siz Instagram hesabınızı Facebookdaki reklam hesabınızla əlaqələndirə bilmirsiniz. Reklamı idarə etmək və statistika ilə tanış olmaq üçün Instagram hesabınızdan baxmaq kifayətdir.  

Fikir verin, səhifənizi reklam hesabına bağlamasanız belə, ayrı-ayrılıqda Facebook reklam hesabı və Instagram səhifəsi üzərindən reklamları idarə edə bilərsiniz. Yəni onlar ayrılıqda fəaliyyət göstərir, bir-birindən artıq asılı deyildir.

Sadəcə cari zamanda ilk dəfə səhifədən reklam verərkən, biznes hesablarında məhdudiyyət tətbiq olunur. Bunun üçün Instagram və Facebook səhifələrini bir-biri ilə əlaqələndirmək lazımdır. Növbəti reklamlarda isə ayrı-ayrılıqda istifadə edə bilərsiniz.

Bu məhdudiyyətin tətbiq edilmə səbəbi isə hazırda məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.