Maraqlı

88 düymlük “LG Signature” televizoru “8К” formatlı “OLED” ekranla təchiz olunub

15 Avqust 2020 08:05
Baxış: 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"LG Electronics" şirkəti premium sinfinə aid "LG Signature" (OLED88ZX9LA modeli) televizorunu təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, televizor 88 düym diaqonallı və "8K" (7680 х 4320 piksel) təsvir ölçülü "OLED" ekranla təchiz olunub.  

Hazırda "8K" təsvir ölçülü kontentin az olması səbəbindən televizor "2K" və "4К" formatlarını "8K" standartına çevirməklə detallaşdırma və dəqiqliyi yaxşılaşdırır. Qurğu "Α9 III 8K" prosessoru üzərində qurulub. Görüntünün keyfiyyət və effektinin yaxşılaşdırılması üçün dərin öyrənmə alqoritmlərindən istifadə olunub.

Səs ümumi çıxış gücü 80 Vt olan 4.2 dinamik sistemi tərəfindən təmin edilir. Həmçinin "Wi-Fi" (802.11ac) və "Bluetooth 5.0" dəstəklənir.

Proqram platforması qismində bir neçə il əvvəl "LG" şirkəti tərəfindən satın alınan "webOS" çıxış edir. "LG ThinQ AI" texnologiyasını dəstəkləyən televizor "ağıllı" ev idarəetmə mərkəzinə çevrilir. Texnologiya ev qurğuları ekosistemini məsafədən idarəetmə pultundan istifadə etmədən səsli komandalar vasitəsilə idarə etməyə imkan verir. Bundan başqa, televizor dəstinə "Magic Remote" pultu daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.