Maraqlı

Dünyada milyonlarla istifadəçi Çinin casus proqramlarını quraşdırıb

15 Avqust 2020 07:51
Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislərin araşdırmasına görə, dünyada milyonlarla istifadəçi "QuVideo Inc." şirkətinin casus proqramlarını quraşdırıb. Bu proqramları indiyədək "Google Play" və "App Store"də tapmaq mümkündür.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, bu proqramlar dünyada 157 milyondan çox istifadəçi tərəfindən yüklənilib. Maraqlıdır ki, "QuVideo Inc." proqram təminatı bir neçə il bundan əvvəl casus və zərərverici proqram təminatı kimi tanınıb.
 
"QuVideo" şirkəti video və fotoredaktor proqramlarının hazırlanması ilə məşğul olur. Hazırladığı 6 proqramdan ən populyarı "VivaVideo"dur. Bu proqram "Google Play"də öz kateqoriyasında birinci yerlərdən birini tutur, 100 milyondan çox insan tərəfindən yüklənilib.
 
Ancaq proqram onun funksiyaları ilə bağlı olmayan məlumatlara sorğu göndərir. Məsələn, məkanı təyin etmək üçün.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.