Microsoft tərəfidən yaradılan bulud oyun sistemi olan xCloud-un beta versiyası yayımlanıb.
Milli.Az ted.az-a istinadən bildirir ki, beta versiyasına keçid üçün oyunçular bəzi şərtləri yerinə yetirməlidirlər. Birinci şərt Bluetooth dəstəyinə malik oyun konsolunun olmasıdır.
Bu gün yayımlanan beta versiyadan istifadə üçün Play Store-dan xCloud Game Streaming tətbiqini endirərək giriş etmək lazım gəlir. Giriş üçün isə Xbox Insiders Xbox Game Pass Ultimate abunəliyi mütləqdir. Onu da qeyd edək ki, sözügedən abunəliyə malik bütün şəxslər beta versiyadan yararlana bilməyəcəklər. Belə ki, istifadə üçün dəvətləri olanlara üstünlük veriləcək.
Milli.Az