Maraqlı

Yeni telefon modeli satışa çıxarıldı

13 Avqust 2020 08:25
Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Realme RMX2151 adlı smartfon modeli Federal Ticarət Komissiyasından rəsmi sertifikat alıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, sözügedən yeni model artıq Amerikada satışa çıxarılıb. Əsl adı bəlli olmayan, Realme RMX2151 modeli gücünü MediaTek Helio G90T prosessorundan alacaq. Ölçüləri 162.35 x 75.46 mm olan bu smartfonun ekranı Full HD Plus texnologiyasını dəstəkləyir.

RMX2151-in Realme 6 modelinə çox bənzədiyini deyənlər də var. Amma smartfon qalınlığı 9.45 mm olması ilə fərqlənir.

Çəkisi 198 qram olan Realme RMX2151-in batareya tutumu 5000 mAh-dır.

30W sürətli enerji dəstəyinə sahib ağıllı telefonda 4G, NFC, Bluetooth 5.0, Wi-Fi 802.11ac ve GLONASS  kimi əsas xüsusiyyətlər də mövcuddur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.