Maraqlı

MİMİC-in animasiyalardan çıxmış kimi görünən elektrik motosikleti

11 Avqust 2020 20:55
Baxış: 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Marvel filmlərində Qara Panterin minə biləcəyi və ya 90-cı illərin gələcəyi ilə əlaqəli animasiyalarında canlandırdığı daha az detallı futuristik motosikllər gerçək olur. MIMIC e-bike da onlardan biridir.

Elektrikli nəqliyyat vasitələri gələcəkdə nəqliyyatın onurğasını təşkil edəcək. Bir çox vacib və böyük şirkətlər bu sahədə işlərini davam etdirir. Əsasən, ənənəvi nəqliyyat vasitələrinə bənzər, lakin yanacaq əvəzinə elektrik enerjisindən istifadə edən mühərrikləri görürük.

Milli.Az ted.az-a istinadən bildirir ki, MIMIC e-bike daha çox futurist tərəfindən hazırlanmış gələcək motosiklet konsepsiyasına bənzəyir. Bu elektrik modelinə uzaqdan baxdıqda, bunun adi bir motosiklet olmadığına tam əminlik yaranır.

Tron seriyasındakı kimi təkərin avtomobilin içərisində qaldığı bu dizayn qara rənglidir. Düz, hamar səthləri ilə diqqəti cəlb edir. Roman Dolzhenkonun hazırladığı nəqliyyat vasitəsi zirehli motosikletə bənzəyir. Nəqliyyat vasitəsinin ön hissəsində gözlərə bənzər iki LED işıq var ki bu işıqlar fara funksiyasını yerinə yetirir. Dizaynında kəskin xətlərdən istifadə etməyən bu motosiklet panter fiquru kimi əyri olur. Bu isə onu daha aqressiv görünməyə məcbur edir.

Salfet üzərinə çəkilən dizaynı əsl konsepsiya motosikletə çevirməkdə qərarlı olan Dolzhenko 3DS Max istifadə edərək nəqliyyat vasitəsini konsepsiya vəziyyətinə gətirdi. Dizaynın internetdə paylaşılması ilə insanlar, həqiqətən, nəqliyyat vasitəsini yolda görə biləcəyikmi deyə düşünməyə başladılar. Bəs görəsən, bu motosiklet, həqiqətən, istifadəyə yararlıdırmı? Motosikletin nə ön nə də arxa təkərlərində küncləri çevirmək üçün kifayət qədər istiqamət dəyişdirməyə imkan verən bir mexanizm gözə çarpmadığı üçün kütləvi istifadə sual altındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.