Maraqlı

“Microsoft” kompüterlərin sürətinin azalması problemini etiraf edib

6 Avqust 2020 07:51
Baxış: 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" şirkəti "Windows" sisteminin aktual yeniləməsi ilə əlaqədar kompüterlərin məhsuldarlığında sürətlə bağlı qeydə alınan problemi etiraf edib. Söhbət "KB4559309" avtomatik yeniləməsindən gedir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkətin mütəxəssisləri sözügedən problemin həlli üzərində işlədiklərini bildiriblər. "Microsoft"un nümayəndəsi deyib ki, mühəndislər qurğularda sürətin azalması məsələsini araşdırırlar, ancaq onlara daha çox informasiya lazımdır. Mütəxəssislər istifadəçilərdən sistemdəki səhvlər haqqında hesabatları onlara göndərməyi xahiş ediblər.

"Windows" sisteminin istifadəçiləri iyunda "KB4559309" sistem yeniləməsindən sonra məhsuldarlığın azalması ilə bağlı problemə diqqət yetiriblər. Onların sözlərinə görə, kompüterlər xeyli zəif işləməyə başlayıb, ilk növbədə problem "Edge" brauzerinin işləmə sürətinə təsir edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.