ABŞ-ın Harvard Tibb Məktəbinin alimləri koronavirusa yoluxanlarda iybilmə hissinin itməsi probleminin səbəblərini araşdırıblar.
Milli.Az ted.az-a istinadən bildirir ki, COVID-19 xəstələrində iybilmənin itməsinə səbəb virusun birbaşa neyronları zədələməsi deyil. Zədələnən sadəcə həmin neyronları dəstəkləyən hüceyrələrdir.
Bu səbəbdən, alimlərin gəldikləri qənaətə görə, bir çox hallarda SARS-CoV-2 iybilmədə iştirak edən sinir zəncirlərinə toxunmur və dayanıqlı anosmiyaya gətirib çıxarmır.
Qeyd edək ki, iybilmənin itməsi koronavirusun birbaşa simptomu hesab olunur və diqnostikada yüksək temperatur da əsas əlamət kimi qiymətləndirilir.
Milli.Az