Maraqlı

“LG” şirkəti dünyada ən kiçikölçülü “Bluetooth” modulu hazırlayır

18 İyul 2020 08:21
Baxış: 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"LG" şirkəti dünyada ən kiçikölçülü "Bluetooth" modulu hazırladığını elan edib. Düyü dəni ölçüsündə olan modul minimal enerji sərfiyyatı ilə məlumat mübadiləsini həyata keçirməyə imkan verir. Sensor simsiz qulaqlıqlar, fitnes bilərziklər və "Əşyalar interneti" cihazlarını daha yığcam etməyə imkan verəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni modulun ölçüləri 6x4 mm təşkil edir ki, bu da indiyədək dünyada ən kiçik hesab edilən yapon analoqlarının ¾-nü təşkil edir. Kiçik ölçülərinə baxmayaraq, "Bluetooth" modul kommunikasiya çipi, rezistor və induktor kimi təxminən 20-yə yaxın komponentdən ibarətdir. Bundan başqa, "LG" şirkətinin rəsmisi deyib ki, yeni modulun telekommunikasiya imkanları mövcud analoqlarını 30% üstələyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.