Maraqlı

Ən əlverişli smartfon bəlli olub

9 İyul 2020 07:11
Baxış: 1 078
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"SellCell" telefonların satışı üzrə təşkilatın hesabatına əsasən, "Apple" şirkətinin qurğuları satınalma üçün ən əlverişli cihazlar hesab edilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, təşkilatın mütəxəssisləri bildiriblər ki, "iPhone XS Max" satınalmadan 2 il sonra ilkin dəyərinin təxminən 57%-ni itirir. Reytinqdə ikinci və üçüncü yerləri "iPhone XS" və "XR" aparatları tutublar - onlar müvafiq olaraq 56 və 53% dəyər itirirlər. Maraqlıdır ki, hər üç qurğuda daxili daşıyıcının tutumu 64 QB təşkil edir.

"Samsung Galaxy S9 " (64 QB), "Galaxy S9" (64 QB) və "Galaxy Note 9" (128 QB) istifadədə olan qurğular bazarında satış üçün əlverişli deyillər - aparatların dəyəri müvafiq olaraq 75,6, 75,9 və 72,4% azalıb. "SellCell"in əməkdaşları köhnəlmiş "LG V40 ThinQ" və "G7 ThinQ" telefonlarını satmağı məsləhət görmürlər, çünki 2 ildə onların dəyəri 80%-dən çox azalıb.

Hesabata əsasən, uzunmüddətli perspektivdə "Apple" və "Samsung"un göstərilən cihazlarını satın almaq daha əlverişlidir, çünki onlar nisbətən az dəyər itirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.