Maraqlı

Spotify cütlüklər üçün paket yaratdı

4 İyul 2020 22:45
Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Spotify ikinəfərlik paketini istifadəyə verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Spotify Duo adlanan paket daha çox cütlüklər üçün nəzərdə tutulub.

İki yaxın dost, yaxud ailə üzvlərinin də istifadə edə biləcəyi paket digər paketlərə nisbətən, daha ucuzdur.

Artıq 55 ölkədə aktiv edilən Duo iki nəfərin birlikdə, yaxud ayrılıqda musiqi dinləməkdən zövq alma fürsəti verir.

Duo üçün hazırlanan xüsusi peylistlərin də yer aldığı bu paketdə qeydiyyatdan keçmək də çox asandır. Bunun üçün hesab açmaq, yaxud hesabınıza daxil olmaq lazım gəlir.

"Duo-ya qatıl" butonuna kliklədikdə isə sizə istiqamət verən səhifə açılır. Birlikdə yaşadığınız şəxsi e-poçt və ya WhatsApp vasitəsilə Duo'ya qatılmağa dəvət edə bilərsiniz. Qarşı tərəfin dəvəti qəbul edərək ünvanı təsdiqləməsi kifayətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.