İllərdir istifadəçilər Google Chrome-un çox RAM istifadə etməsindən şikayətlənirlər. Google şirkəti bununla bağlı hələ də tam həll yolu tapa bilməyib.
Milli.Az ted.az-a istinadən bildirir ki, məsələ ilə bağlı Windows 10 və Google Chrome əməkdaşlıq edəcək.
Google-un məşhur internet brauzeri ABŞ-ın proqram şirkətinin "segment set" adlı xüsusiyyətindən istifadə edəcək. Bu xüsusiyyətin Chrome-un RAM istifadəsini 27 faiz azaldacağı qeyd edilib.
Milli.Az