Maraqlı

“WhatsApp” messencerində elektron ödənişlər funksiyası əlçatan olub

18 İyun 2020 07:11
Baxış: 946
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-ın "Facebook" şirkəti "WhatsApp" messencerində pulköçürmələri xidmətini istifadəyə verib. Bu haqda sosial şəbəkədə öz səhifəsində şirkətin direktoru Mark Zukerberq məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni funksiya hələ ki yalnız braziliyalı istifadəçilərə əlçatandır. "Mastercard" ödəmə sistemini dəstəkləyən "Nubank" və "Sicredi" bank kartlarının sahibləri ölkədə yeni xidmətin üstünlüklərini qiymətləndirən ilk şəxslər olublar. Məlumdur ki, yeniliyin köməyilə kiçik müəssisələr messencer üzərindən öz satışlarını həyata keçirə biləcəklər.

Yeni funksiya pulköçürmələrinin təhlükəsizliyini təmin edən "Facebook Pay" ödəmə sistemi sayəsində reallaşdırılıb. Sözügedən ödəmə sistemi 2019-cu ilin noyabrında sosial şəbəkədə istifadəyə verilib. Həmçinin Zukerberq bir sıra tərəfdaşlara təşəkkür edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.