Maraqlı

Lenovo şirkəti Legion adlı ilk gamer smartfon modelinin nə zaman təqdim olunacağını açıqladı

16 İyun 2020 07:31
Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yarım il ərzində olmuş çoxlu sayda məlumat sızıntısından sonra Lenovo şirkəti sonunda özünün Legion adlı gamer smartfon modelinin təqdimat tarixini elan etdi. Bu barədə Gagadget saytı xəbər verib. Lenovo şirkətinin Weibo sosial şəbəkəsində təqdim etdiyi posterə əsasən Lenovo Legion gamer smartfonu gələn ay təqdim olunacaq. Lakin dəqiq təqdimat tarixi təqdimata az müddət qalmış bildiriləcək. Qeyd etmək lazımdır ki, Lenovo Legion smartfonunun əsas özəlliklərindən biri məhz ekranı olacaq.

Belə ki, smartfonun ekranında üfüqi şəkildə istifadə etmək rahat olacaq. Bunun üçün şirkət smartfonun interfeysini optimizasiya edəcək və hərəkətli ön kameranı smartfonun yuxarı hissəsinə deyil kənar hissəsinə inteqrasiya edəcək. Əsas kamera isə arxa panelin mərkəzində yerləşdiriləcək. Bundan əlavə olaraq Lenovo Legion smartfon modeli Snapdragon 865 prosessoru, LPDDR5 standartlı RAM, 90 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya və soyutma sistemi ilə təchiz olunmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.