Maraqlı

“Nubia” şirkəti “Red Magic 5G Transparent Edition” adlı şəffaf smartfonunu təqdim edəcək

13 İyun 2020 08:41
Baxış: 828
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çinin "Nubia" brendi "Red Magic 5G Transparent Edition" adlı şəffaf smartfonunu təqdim edəcək. Korpusun arxa panelindən qurğunun bütün komponentləri görünəcək. Bu haqda şirkətin saytında məlumat verilib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Red Magic 5G Transparent Edition" smartfonu unikal dizayndan başqa 144 hers yeniləmə tezlikli "Full HD+" (2340×1080 nöqtə) təsvir ölçülü  6,65 düymlük ekranla təchiz ediləcək. Smartfonda quraşdırılmış "Snapdragon 865" prosessoru beşinci nəsil mobil şəbəkələrinə qoşulmaq üçün "5G" modemə malikdir.
 
Məhsuldar smartfon 16 QB-lıq "LPDDR5 RAM" əməli yaddaşına malikdir. Standart versiyalar 8 və 12 QB-lıq əməli yaddaşla təchiz edilir. Bundan başqa, "Nubia" şirkəti 64 meqapiksellik "Sony IMX686" sensoru, həmçinin 8 və 2 meqapiksellik üçqat arxa kamera nəzərdə tutub. Ön kamera 12 meqapiksellik təsvir ölçüsünə malikdir.
 
14 iyunda satışa çıxarılacaq smartfonun qiyməti 735 dollar təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.