Maraqlı

TikTok dünyanın ən populyar tətbiqi olaraq tanınıb

6 İyun 2020 20:20
Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il sözügedən tətbiq 700 milyon dəfə yüklənib.

Sensor Tower statistikasına görə, TikTok tətbiqi ötən ay dünyada ən çox yüklənən tətbiqi olub. May ayında TikTok ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən iki dəfə çox olmaqla 111.9 milyon dəfə yüklənib.

Milli.Az ted.az-a istinadən bildirir ki, tətbiq ən çox Hindistanda populyardır.

Belə ki, bu ölkədə yüklənmə sayı bütün yükləmələrin 20%-ni təşkil edib.

ABŞ rəsmilərinin TikTok haqqında mənfi fikirlərinə baxmayaraq, bu ölkə yüklənmə sayına görə (9,3%) ikinci yeri tutur.

Android platformasında TikTok tətbiqi birinci yerdə, iOS-da isə Zoom videokonfrans xidmətindən sonra ikinci sırada qərarlaşıb.

Sensor Tower-in məlumatlarına görə, TikTok və Douyin istifadəçiləri bir ayda 78 milyon dollar xərcləyərək, bu yaxınlaradək daha populyar xidmətlər olan YouTube, Tinder və Netflix istifadəçilərini geridə qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.