Neft nəhənglərinin birinci rübdəki itkisi 20 milyard dolları keçib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın 12 ən böyük neft şirkəti cari ilin ilk rübündə qiymətlərin aşağı olması səbəbindən 20,6 milyard dollar itirib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, COVID-19 səbəbindən dünyada nəqliyyat sektoru tamamilə fəaliyyətini dayandırması nəticəsində yanvar-mart aylarında neft istehlakı sürətlə azalıb. Qlobal miqyasda neftə olan tələbatın aşağı olması neftin qiymətinin ötən ay 1999-cu ildən bəri ən aşağı səviyyəyə enməsinə səbəb olub.
Dünyada ən çox istifadə edilən "Brent" markalı neftin bir barrelinin qiyməti ötən ilin birinci rübündə orta hesabla 63,1 dollar olsa da, bu ilin eyni dövründə 20,7 faiz azalaraq 50 dollar səviyyəsinə enib. Bu, neft nəhənglərinin gəlirlərinə mənfi təsir göstərib.
ABŞ-ın "ExxonMobil", "Chevron", "ConocoPhillips", "Halliburton", "Schlumberger", "Baker Hughes", eləcə də Niderlandın "Royal Dutch Shell", Britaniyanın BP, Fransanın "Total", İtaliyanın "Eni", Rusiyanın "Rosneft" və Norveçin "Equinor" şirkətləri ilin ilk rübündə 20,6 milyard dollar zərər edib. Bu şirkətlər ötən ilin birinci rübündə ümumilikdə 23,4 milyard dollar xalis mənfəət əldə etmişdilər. Həmin şirkətlərin ümumi gəliri hesabat dövründə 53,5 milyard dollar (17 faiz) azalaraq 262 milyard dollara düşüb. Ötən ilin yanvar-mart aylarında şirkətlər ümumilikdə 315,5 milyard dollar gəlir əldə etmişdilər.
Neft nəhəngləri arasında ən çox zərər görən şirkət 10,2 milyard dollarla "Baker Hughes" olub. Bu şirkəti 7,37 milyard dollar itki ilə "Schlumberger" və 3,17 milyard dollar zərərlə "Eni" izləyib. "Chevron" 3,6 milyard dollar, "Total" 1,78 milyard dollar və BP isə 800 milyon dollar xalis mənfəət edən şirkətlər olub.
"Royal Dutch Shell" isə bu dövrdə gəliri ən çox azalan şirkət olub. Yanvar-mart aylarında şirkət 60 milyard dollar gəlir əldə edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 23,7 milyard azdır. "Shell", eyni zamanda, 12 neft şirkəti arasında 28,3 faiz olmaqla illik gəliri ən çox azalan şirkətdir. Gəliri ən çox azalan digər şirkətlər 7,46 milyard dollarla "ExxonMobil" və 6,54 milyard dollar ilə "Total"dır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə Fransaya qarşı
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
XƏBƏR LENTİ
-
Qazaxıstanda Xəzərdə hərbçilərin ölümünə səbəb olmaqda şübhəli bilinənlər müəyyən edilib
-
Türkiyə Fransaya qarşı
-
"Azərbaycanla sülhdən sonra Rusiya ilə münasibətlər dəyişməlidir"
-
Xəstəxanaya yerləşdirilən tanınmış aktyordan xəbər var
-
Bakı–Sumqayıt qatarları ilə bağlı yenilik
-
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı
-
Ülviyyə Əliyevaya ağır itki
-
22 manata aldığı üzük 1,5 milyon manata satıldı
-
Hava ilə bağlı son məlumat
-
Naomi Kempbell Bakıda keçmiş sevgilisi ilə görüşdü
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
Şəmkirdə avtomobil piyadanı vurdu - Xəstəxanada öldü
-
Neft yenidən bahalaşdı
-
Bakının bu ərazilərində işıqlar sönəcək - Siyahı
-
"Formula-2": Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - (Foto)
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)





