Audi RS3 Sportback kamuflyaj örtüyünün bir hissəısindən azad olub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Audi şirkəti yeni nəsil A3 hetbekinin "bərkgedən" RS3 Sportback modifikasiyası üzərindəki çalışmaları yekunlaşdırmaq üzərədir. Buna, bü günlərdə yeni modelin Nürbuqrinqdəki sınaqları zamanı çəkilmiş şəkilləri dəlalət edir. Göründüyü kimi, RS3 Sportback modelinin sınaq prototipi kamuflyaj örtüyünün bir hissəsini "itirib".
"Auto Express" nəşrinə müsabibə verən Audi Sport bölümünün satış və marketinq şöbəsinin rəhbəri Frank Mixl RS3 modelinin alman brendinin tarixindəki böyük uğurlarından birinin olduğunu və bu uğurun beşsilindrli turbomühərrik sayəsində əldə edildiyini bildirib. Mütəxəssis bundan sonra da, RS3 modelinin beşsilindrli mühərrik ilə təchiz ediləcəyini qeyd edib.
"Hesab edirəm ki, Audi RS3 modeli Audi Sport bölümünün ən emosional avtomobillərindən biridir və o, brendin DNT-sinin vacib hissəsidir. Əmin ola bilərsiniz ki, hər bir yeni RS modeli sələflərinin üstün cəhətlərini daha da təkmilləşdirəcəkdir", - Mixl bildirib.
Bununla belə, Mixl yeni RS3 modeli barədə ətraflı məlumat verməkdən imtina edib. Alman mütəxəssis avtomobilin nə zaman debüt edəcəyinə də aydınlıq gətirməyib - o, sadəcə bu barədə "bir neçə aydan sonra" məlumat veriləcəyini söyləyib.
Milli.Az autograph.az-a istinadən bildirir ki, üçüncü nəsil Audi RS3 modelinin tərkibinə 2,5-litrlik turbomühərrik və 48-voltluq şəbəkədən qidalanan hibrid əlavə daxil olan hibrid güc qurğusu ilə təchiz ediləcəyi ehtimal olunur. Artıq bənzər sxemi Audi RS Q8, RS6 Avant və RS7 Sportback modellərində də tətbiq ediblər.
Əlbəttə ki, Audi RS3 quattro tam ötürməsini və S tronic "robotunu" da qoruyub-saxlayacaqdır. Audi RS3 modelinin mühərrikinin hasilatı ən azından 415 at qüvvəsi və 500 Nm təşkil etməlidir - bu güc ona əsas rəqibi olan Mercedes-AMG A45 S modeli ilə rəqabət aparmaq üçün gərəkdir. Audi RS3 modelinin 100 km/saat həddini dörd saniyədən az müddətə toplayacağı da gözlənilir.
Xarici görkəmə gəldikdə isə, RS3 modelinin bu ailənin digər üzvlərindən aqressiv kuzov dəsti ilə fərqlənəcəkdir. "Bərkgedən" hetçbek daha iri hava girişləri olan ön bamperə sahib olacaqdır: bu hava girişləri mühərrikin soyudulması üşün gərək olan soyuq hava kütləsini artırmağa xidmət edir.
İsti hava kütləsi ön təkər tağlarının qırağındakı havalandırma dəlikləri vasitəsi ilə mühərrik bölümündən uzaqlaşdırılacaqdır. Avtomobilin yan ətəkləri də digər modellərdəkindən fərqlənir. Arxada isə, iri spoyler, böyüdülmüş diffuzor və RS modellərinin tanınan elementi olan buraxılış sisteminin oval formalı çıxış boruları quraşdırılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
-
Diabet xəstələri banan yeyə bilər?
-
BDU tələbələri ilə zərərli xarici təsirlər və informasiya təhdidləri müzakirə olunub - (Foto-Video)
-
Luvr bağlanmaq təhlükəsi ilə üz-üzədir
-
Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)
-
"Arsenal" "Bavariya"nın müdafiəçisinə "elçi düşdü"
XƏBƏR LENTİ
-
Mətanət dünən buna görə efirə çıxmayıb - acı xəbər alıb
-
Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi - Yenilənib
-
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
-
Son günlərin antiqəhrəmanı: Elman Ağazadə kimin ssenarisini oynayır?
-
Dağıstanın yeni rəhbəri Fyodor Şukin oldu
-
“Polşa liqasında hər şey Azərbaycandakından yaxşıdır” - Koxalski
-
Əli Əsədov yeni qərar imzaladı
-
"Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətdə
-
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Tokayev Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir
-
Trampın kürəkəni məhkəməyə verildi
-
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
-
Diabet xəstələri banan yeyə bilər?
-
Bloqer Aysel Şükürün keçmiş əri həbs edildi - (Foto)
-
Bakıda 8 marşrutun yolu dəyişdirilir
-
"Bu, Ukraynaya nüvə zərbəsinə bərabərdir"
-
BDU tələbələri ilə zərərli xarici təsirlər və informasiya təhdidləri müzakirə olunub - (Foto-Video)
-
Luvr bağlanmaq təhlükəsi ilə üz-üzədir
-
Ərdoğan növbəti prezident seçkisində namizəd olacaq? - Rəsmi açıqlama
-
Bu ölkədə səma narıncıya boyandı - 280 min insan xəstələndi
-
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
-
Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)
-
U -23 millimiz qələbə qazandı
-
Prezident İlham Əliyev və Sadır Japarov AQEM sammiti çərçivəsində qeyri-rəsmi söhbət edib - (Foto)





