Maraqlı

Siqaret koronavirusdan qorumur

16 May 2020 21:50
0 Şərh     Baxış: 848
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Siqaret koronavirusun (COVID-19) yaratdığı yoluxucu xəstəlikdən qorumur və daha ağır xəstəlik riskini artırır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisi Maria van Kerkhove bildirib.

"Siqaretin ziyanı hər kəsə yaxşı məlumdur. Hər il milyonlarla insanın tütün istifadəsindən öldüyünü bilirik. COVID-19 tənəffüs xəstəliyidir və siqaret çəkmək ağciyərlərə zərər verir.

Bir sıra tədqiqatlar göstərir ki, siqaret çəkənlər infeksiyaya yoluxan zaman onların xəstəlik dövrü ağır keçir, süni nəfəs aparatına ehtiyacları olur. Çox zaman reanimasiya şöbəsinə yerləşdirilirlər və onların ölüm riski daha yüksək olur."-deyə, o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.