Maraqlı

ABŞ iqtisadiyyatı bu il 5,7% azalacaq

17 May 2020 22:15
0 Şərh     Baxış: 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Moody's" beynəlxalq reytinq agentliyi bu il ABŞ iqtisadiyyatının 5,7%, təkcə cari ilin II rübündə isə 4,8% azalacağını proqnozlaşdırır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 2021-ci ildə ABŞ iqtisadiyyatı bərpa olacaq və ÜDM-in artım tempi 4,5% səviyyəsinə yüksələcək.

Agentlik qeyd edir ki, COVID-19 pandemiyası səbəbindən ABŞ iqtisadiyyatının əsas sektorları bağlı qaldığı və işdən azadolma faktlarının sayının kəskin çoxaldığı üçün bu rübdə işsizlik səviyyəsinin 2020-ci ildə pik həddə - 15%-ə çatacağı gözlənilir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında ABŞ iqtisadiyyatı illik müqayisədə 4,8% azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.