Maraqlı

“iPhone SE” modeli nə vaxt buraxılacaq?

25 Aprel 2020 07:41
0 Şərh     Baxış: 1 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət əvvəl "Apple" şirkətinin "iPhone SE Plus" smartfonunu 2021-ci ilin birinci yarısında buraxmağı planlaşdırdığını bildirən tanınmış analitik Minq-Çi Kuo bu dəfə yeni məlumatlara əsaslanaraq qurğunun buraxılışının 2021-ci ilin ikinci yarısınadək təxirə salınacağını açıqlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "iPhone SE Plus" modeli nazik çərçivəli 5,5 və ya 6,1 düymlük ekran və "iPhone 11" smartfonuna oxşar dizaynla təchiz ediləcək. Bununla yanaşı, smartfona "Face ID" skaneri quraşdırılmayacaq, istifadəçilərin identifikasiyası üçün enerji düyməsinə quraşdırılan "Touch ID" daktiloskopik skaneri tətbiq ediləcək.

Analitik "iPhone SE Plus" modelinin təxmini qiyməti barədə məlumat təqdim etməsə də, onun "SE" seriyasına aid olması smartfonun qiymətinin şirkətin qabaqcıl qurğularının qiymətindən aşağı olacağını deməyə əsas verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.