Məşhur "Sprut" serialında oynadığı Silviya Konti obrazı ilə tanınan fransız aktrisa Patrisiya Millarde vəfat edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa 64 yaşında xəstəxanada dünyasını dəyişib. Onun yaxınları bildirib ki, Patrisiya bir neçə gün əvvəl infarkt keçirib. Həkimlər aktrisanın həyatını xilas edə bilməyiblər. O, aprelin 14-də xəstəxanada ölüb.
Qeyd edək ki, Millarde Fransa, Almaniya, İtaliya, ABŞ-da bir çox filmlərə çəkilib. O, "Elen və uşaqlar", "İsti şokolad" kimi məşhur ekran işlərində rol alıb.
Milli.Az