Maraqlı

Koronavirusdan sonra texnologiya insanları idarə edəcək? – VİDEO

16 Aprel 2020 22:50
0 Şərh     Baxış: 1 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Texnologiyanın mərkəzi sayılan Çində koronavirusun meydana gəlməsini təsadüfi hesab etməyənlər çoxdur. Bu cür düşünənlərin əksəriyyəti sözügedən infeksiyanı dünyanı texnoloji cəhətdən idarə etmək üçün qəsdən hazırlanmış plan adlandırırlar.

Bununla bağlı hazırlanmış animasiyaya əsasən, biri daimi müştərisi olduğu pitsa şirkətinə zəng edir. Lakin şirkətin artıq Google tərəfindən idarə edildiyini öyrənir.

Həmişəki kimi, sosisli pitsa sifariş vermək istəsə də, satıcı ona vegeterianlar üçün hazırlanmış növü təklif edir. Müştəri bunun səbəbini soruşduqda, satıcı onda xolesterinin miqdarının normadan artıq olduğunu, sosisli pitsanın ona pis təsir edəcəyini deyir. Müştəri təəccüblə bunu necə bildiyini soruşur. Satıcı Google şirkətinin böyük məlumatlar bazasına sahib olduğu cavabını verir.

Animasiyanı tam şəkildə sizə təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.