Maraqlı

Müasir 5G smartfonlarının çəkisi nə qədərdi? REYTİNQ CƏDVƏLİ

16 Aprel 2020 23:05
0 Şərh     Baxış: 1 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məğlub olan smartfon qalib olandan təxminən iki dəfə ağır olub.

Ən yüngül çəkisi olan 5G dəstəkli smartfon "Samsung Galaxy S20" seçilib. Sözügedən cihaz cəmi 163 qram çəkiyə sahibdir.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Weibo" sosial şəbəkə istifadəçiləri 5G dəstəkli smartfonların çəkilərinə görə reytinq siyahısını hazırlayıblar.

Cədvəlin ikincisi 175 qram çəki ilə "Huawei P40" olub. Çəkisinə görə təəccüb doğuran smartfon isə "Samsung Z Flip"dir. Qatlanan ekrana malik olan cihazın çəkisi 183 qramdır. Bu çəki onu siyahıda 4-cü edib. "Samsung Z Flip" digər 5G dəstəkli "OnePlus 8"dən sadəcə 3 qram ağır olub.

"Samsung Galaxy S20 +" 186 qram, "OPPO Find X2" isə 189 qram çəkiyə malikdir. "OPPO Find X2" keramik versiyası daha ağır 209 qramdır. "OnePlus 8 Pro" isə 200 qramla ağır çəkisi olan telefonlar sırasında yer alıb.

5G şəbəkəsinə malik ən ağır çəkili smartfon "Huawei Mate Xs" olub. Onun çəkisi 300 qram təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.