Maraqlı

Plastik qabları parçalayan mutant ferment

18 Aprel 2020 08:25
0 Şərh     Baxış: 1 117
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Carbios şirkətinin araşdırmaçıları plastik şüşələri geri çevrilmək üçün bir neçə saata parçalaya bilən mutant bakterial ferment yaratdı. Yeni fermentin, plastik tullantı çirkliliyinə qarşı məhsuldar və azxərcli bir həll olduğu ifadə edilir.

Ferment, PET plastik qabları kimyəvi hissələrinə ayıra bilir və yeni qablar düzəltmək üçün təkrar istifadə edilə bilməsini təmin edir.

Adətən termomexanik bir əməliyyatdan keçən geri çevrilmiş plastiklər kifayət qədər yüksək keyfiyyətli deyildilər və əksəriyyətlə geyim və xalça kimi digər məhsullarda istifadə edilirlər. Yeni yaradılan PET hidrolaz fermenti, cəmi 10 saata PET polimerlerinin 90%-ni parçalaya bilir.

Bu araşdırma ilk dəfə 2012-ci ildə kəşf edilən yarpaq kompost böcəyi də daxil olmaq üzrə 100.000 mikroorqanizmin axtarışı ilə başladı. Carbios şirkəti, göbələkləri istifadə edərək yeni fermenti yaratmaq üçün Novozymes biotexnoloji şirkətlə birlikdə işlədi. Alimlər, yaradılan fermenti analiz etdilər və su qabların edildiyi PET plastiki parçalama qabiliyyətini yaratmaq üçün mutasiya etdilər.

Nature jurnalında nəşr olunan məqalədə belə qeyd edilib: "Bu son dərəcə məhsuldar, optimizasiya edilmiş ferment, bu günə qədər bütün PET hidrolazlarından daha yaxşı nəticə göstərir". Yeni kəşf, dünyanı və iqlimi təhdid edən artan plastik çirkliliyinin də qarşısını alacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.