Dəb sənayesi koronavirusdan sonra necə dəyişəcək? - Armani açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtalyan dizayner Corcio Armani inanır ki, koronavirus pandemiyasından sonra dünya əvvəlki kimi olmayacaq və istənilən sənaye sahəsi kimi, moda da yeni reallıqlara uyğunlaşmaq məcburiyyətində qalacaq.
Milli.Az xəbər verir ki, dünya şöhrətli brendin rəhbəri COVID-19 bitdikdən sonra markaların iş prinsiplərini dəyişdirəcəyini açıqlayıb. O, bu barədə "WWD" nəşrinə açıq məktub ünvanlayıb. Modelyer müraciətində ilk növbədə paltar istehsalını azaltmaq təklifi ilə çıxış edib. O, əmindir ki, yalnız yavaş modaya qayıdış istehlakçını hər bir işə qoyulan zəhməti yenidən qiymətləndirməyə və dəyərini hiss etməyə məcbur edəcək.
Corcio Armani mövcud vəziyyətin moda sisteminin mahiyyətini, cədvəlini nəzərdən keçirmək üçün əlverişli imkan olduğunu, kruiz şouslarının keçirilməsini tamamilə yersiz hesab etdiyini söyləyib:
"Bu gün bəzi irimiqyaslı şoular sadəcə vulqar görünür, bu, çox böyük ehtiyatların itkisidir. Xüsusi hadisələr xüsusi günlərdə baş verməlidir və indi olduğu kimi adi bir hala çevrilməməlidir. Düşünürəm ki, moda şoularının sayını minimuma endirmək, mövsümdən kənar kolleksiyalardan imtina etmək, o cümlədən yaz və qış kolleksiyalarını sadəcə ilin fəsillərinə əsasən satmağa başlamaq lazımdır. Payız öncəsi kolleksiya buraxmağı planlaşdırmıram.
İnanıram ki, bir kolleksiya göstərmək kifayətdir. Mövsümdən kənar kolleksiyalarla şoular arasındakı bütün fərq yalnız çatdırılma tarixləri ilə seçilir. Hər kəs unudub ki, əsl lüksün qiymətləndirilməsi üçün vaxt tələb edir. "Giorgio Armani"etiketi altında istehsal olunan gödəkçələrin cəmi üç həftə satılmasında heç bir səbəb görmürəm. Əks təqdirdə, o, artıq köhnəlmiş bir model hesab olunur və onu çox oxşar, lakin yenisiylə əvəz etmək lazım gəlir. Heç vaxt belə işləməmişəm və prinsipcə belə bir yanaşmanı anormal hesab edirəm", - deyə o, açıqlamasında qeyd edib.
Bundan əlavə, dizayner bu fikirdədir ki, bütün diqqət nəhəng büdcələrin xərcləndiyi xüsusi effektlərə və qeyri-adi detallara deyil, geyimə yönəldilməlidir. Armani həmkarlarını kiçik ölçülü kolleksiyalar buraxmağa və moda nümayişlərinin sayını minimuma endirməyə çağırıb.
Məktubda C.Armani ekologiya mövzusuna da toxunub, onun fikrincə, qış kolleksiyalarında kətan paltarların, yay kolleksiyalarında yun paltoların olması moda sənayesinin geyimləri həddindən artıq artırmasına təsir edir və bu da öz növbəsində ətraf mühitə mənfi təsir göstərir.
Dizayner həmçinin İtaliyanın şimalındakı bütün fabrikləri yerli klinikalara pulsuz tibbi geyim tikməyə dəvət edib. (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq





