Maraqlı

“Xiaomi” şirkəti “Redmi 8A Pro” ucuz smartfonunu təqdim edib

7 Aprel 2020 08:41
0 Şərh     Baxış: 1 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin "Xiaomi" şirkəti yeni "Redmi 8A Pro" ucuz smartfonunu təqdim edib. İndoneziyada təqdim edilmiş aparat Hindistanda "Redmi 8A Dual" adlandırılıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, smartfon 5000 milliamper/saat tutumlu akkumulyator, "Snapdragon 439" prosessoru, "Gorilla Glass 5" şüşəsi ilə qorunan 1520x720 piksel təsvir ölçülü 6,22 düymlük ekranla təchiz edilib. Həmçinin 13 və 2 mp-lik iki modullu əsas kamera və 8 mp-lik ön kamera quraşdırılıb.

2 QB əməli yaddaş və 16 QB daxili yaddaşa malik modifikasiyanın dəyəri 93 dollar, 3 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşa malik versiyanın qiyməti isə 99 dollar məbləğində qiymətləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.